Gəncə şəhərində bank əməkdaşı futbol oynayan zaman vəfat edib.
"Medicina" xəbər verir ki, 1983-cü il təvəllüdlü Elçin Əhmədov məhəlləarası meydançada futbol oynayarkən səhhəti anidən pisləşib.
Təcili yardım çağırılsa da,, E.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, E.Əhmədov “Access Bank” ASC-nin Gəncə filialının əməkdaşı olub.
Onun ürək tutmasından öldüyü bildirilir.