Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

9 yaşlı qız xəstəxanada öldü - Qızılcaya yoluxmuşdu

  • 2024.02.20 08:43
  • 1255 Baxış
 9 yaşlı qız   xəstəxanada öldü - Qızılcaya yoluxmuşdu
Gəncədə 9 yaşlı qız xəstəxanada ölüb.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız vəfat edib. R. Həsənovanın 20 gün əvvəl qızılcaya yoluxduğu bildirilir.

İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır