Gəncə Kardioloji Xəstəxanasına yeni baş həkim təyin olunub
"Medicina" xəbər verir ki, Emralı Yusifov Gəncə Kardioloji Xəstəxanasının yeni baş həkimi təyin olunub.
E.Yusifov bu təyinata qədər həmin xəstəxananın Miokard infarktı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Gəncə Kardioloji Xəstəxanasının keçmiş baş həkimi Fəxrəddin Namazov bir müddət öncə yaş həddinə görə təqaüdə göndərilib.