Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gənc yaşlarda piylənmə qocalıqda bu xərçəngə səbəb olur – ARAŞDIRMA

  • 2019.04.02 17:28
  • 6696 Baxış
Gənc yaşlarda piylənmə qocalıqda bu xərçəngə səbəb olur –  ARAŞDIRMA
Gənc yaşlarından 40 yaşa kimi artıq çəki və piylənmə 5 yaşdan sonra pankreatik xərçəngə yoluxmaq riskini 4 dəfə artırır.


Medicina.az xəbər verir ki, Amerika Onkologiya cəmiyyətinin mütəxəssisləri yeni araşdırmalarının nəticələrini Atlantada xərçəng tədqiqatları konfransında təqdim ediblər.


Statistikaya görə, pankreatik xərçəng ABŞ-da lider onkoloji xəstəlikdir. 2019-cu ildə bu xəstəlikdən 46000 insanın öləcəyi proqnozlaşdırılır. 

Alimlər hesab edir ki, ABŞ-da piylənmə epidemiyası bu statistikanı artırır.


Araşdırmada 1 milyon amerikalının məlumatları analiz olunub. Bütün bu insanlar 1982-ci ilə kimi sağlam idilər. Onlar 2014-cü ilə kimi izlənilib. Bu müddət ərzində 9000 nəfərə yaxın insan mədəaltı vəz xərçəngindən həyatını itirir. 


Onların çəkisi və bədən indeksi analiz olunur. Məlum olur ki, artıq çəki ilə pankreatik xərçəng arasında əlaqə var. Alimlər bildirir ki, gənc yaşlarında, xüsusən 50 yaşa kimi bədən kütlə indeksi normadan 14-15 kq çox olan insanlarda 55-59 yaş arasında mədəaltı vəzi xərçənginə yoluxma riski 20% artır. Əgər insan 60-69 yaş arası piylənməyə məruz qalıbsa, bu risk 14% olur. 


Tədqiqatın aparıcı müəllifi Erik Yakobs bildirib ki, gələcəkdə ABŞ və piylənmə faktı yüksək olan ölkələrdə mədəaltı vəz xərçəngi daha da artacaq. Çünki indiki gənc nəsil daha çox piylənmədən əziyyət çəkir və onlar 55  yaşı keçdikdə pankreatik xərçəngdən ölüm statistikası da yüksələcək. 


"Kütləvi piylənmə uşaqları, yeniyetmələri də caynağına alıb. Bununla mübarizə aparmaq lazımdır. İnsanların mədəaıtı vəzi xərçəngindən ölməsini istəmiriksə, o zaman piylənmədən profilaktika zamanında aparılmalıdır” – deyə alim bildirib.