Hollandiyalı 23 yaşlı Kristel maraqlı eksperiment edib.
Medicina.az xəbər verir ki, qız təcrübə məqsədilə 4 il ətdən imtina edərək, veqanlıq sisteminə keçib. Bu müddət ərzində yalnız bitki tərkibli qidalar yeyib. O tez-tez xarici görünüşündəki dəyişikliyi çəkib. Daha sonra o, veqanlıqdan imtina edərək, ət yeməyə qayıdıb. 1 ay ət məhsulları yedikdən sonra xarici görünüşündəki dəyişikliyi lentə alıb.
Müqayisə üçün hər iki vaxtda çəkilmiş fotosunu Tvitterdəki hesabında paylaşan qız bildirib ki, sol foto ətsiz, sağ fotoda isə ətlə qidalandığı halıdır.
Hər iki fotoda Kristel normal görünür. Amma qız sağ fotosundakı halını daha çox bəyəndiyini bildirib. Qeyd edib ki, burada onun dərisi daha sağlam, üz cizgiləri daha dəqiqdir.
Sosial şəbəkədə qızın fotolarına rəy bildirənlər iki qrupa bölünüb: bir qrup qızın veqan olduğu vaxtlarda daha yaxşı və sağlam göründüyünü yazıb, digər qrup isə ət yediyi zamandakı halını bəyənib. Veqanlar qızın yenidən ət yeməyə qayıtmasına qəzəblənərək, onu " heyvan qatili” adlandırıb. Digərləri isə qızın seçimində müstəqil olduğunu və ürəyi istəyirsə, ət yeməsində qəbahət olmadığını bildirib.
Kristel təcrübə zamanı səhhətində elə də ciddi problem yaşamadığını qeyd edib.