Təxminən 20 gün əvvəl ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilən gənc şair Həsən Kürün həyati təhlükəsi atladılıb.
"Medicina" xəbər verir ki, r uzun müddət süni tənəffüs aparatına qoşulu müalicə alan pasiyentin vəziyyəti stabilləşdiyindən o reanimasiyadan çıxarılır.
Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar alan H.Kür bundan sonra Travmatologiya şöbəsində müalicəsini davam etdirəcək.