Maşın sürən zaman təhlükəsizlik kəmərindən istifadə etməyən 25 yaşlı qadının kəllə sümükləri qırılıb.
Medicina.az xəbər verir ki, hadisə Amerikada baş verib. Həkimlər isə kəmərin əhəmiyyətini göstərmək üçün pasiyentin mrt görüntülərini yayıblar.
Qəza zamanı avtomobildən çıxan qadın sağ qalıb, lakin kəllə sümüyündə və üzündə böyük zədələr maydana gəlib.
Adı bildirilməyən qadının kəllə sümüyü bir neçə yerdən sınıb, çənəsi isə anormal hala düşüb. Qırıq sümük parçaları ətrafa dağılıb. Gözlərində də ciddi zədələr əmələ gəlib, ən dəhşətlisi isə sol gözünün burun boşluğuna sürüşməsi olub.
Saatlarla davam edən əməliyyatla zədələrin bir qismi düzəldilib.