Kürdəmirdə 23 yaşlı qadın dəm qazından boğulub.
Medicina.az xəbər verir ki, hadisə rayonun Füzuli küçəsi ev 24 ünvanından qeydə alınıb.
Həmin mənzildə yaşayan, 1996-cı il təvəllüdlü Mənsimə Osmanova evin hamamında dəm qazından boğulub. Onun həyat yoldaşı onu ölü vəziyyətdə aşkarlayıb.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.