Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gənc oğlanın beyninə qurd düşdü

  • 2023.06.24 15:40
  • 2189 Baxış
Gənc oğlanın beyninə qurd düşdü
Parazit qurdun sürfələri beyinə düşdükdən sona 18 yaşlı hindistanlı gənc epileptik tutmalardan əziyyət çəkməyə başlayıb, xəstəxanaya yerləşdirilsə də, tezliklə dünyasını dəyişib.


“Medicina” xəbər verir ki, Hindistanın Haryana ştatının Fəridabad şəhərindəki xəstəxanada baş verən bu klinik hadisə The New England Journal of Medicine elmi jurnalında dərc olunub.

Gənc oğlan epileptik tutmalara bənzər qıcolmalarla həkimlərə gətirilib.

Müayinə zamanı gəncin sağ gözündə ödem aşkarlanıb. Uşağın valideynləri bildiriblər ki, bir həftə əvvəl oğlu qasıq nahiyəsində ağrılardan şikayət edib.

Xəstə ultrasəs müayinəsindən keçirilbi, onun sağ gözündə və sağ xayasında kistaların əmələ gəldiyi müəyyən olunub.


Öz növbəsində MRT-də beyin yarımkürələrinin qabığında, beyin sapında və beyincikdə zədələnmələr aşkar edilib ki, bu da lent qurd sürfələrinin mərkəzi sinir sisteminə nüfuz etməsi nəticəsində yaranıb.

Lenta qurd parazit qurddur. Adətən, donuzların orqanizmində inkişaf edən sürfələri ilə yoluxma donuz əti tam bişmədikdə (az bişmədikdə) baş verir.

Hindistanlı həkimlər dərmanlardan istifadə etməkdən imtina etdilər, çünki onların sürfələrə təsiri səbəbindən beyində iltihab aktivləşə bilər ki, bu da orqanın şişməsinə səbəb olur.

Mütəxəssislər antiepileptik terapiyaya, həmçinin iltihab əleyhinə və immunosupressiv təsirə malik olan dərmana etibar ediblər. Təəssüf ki, müalicə kömək etməyib, iki həftə sonra gənc vəfat edib.

Günay Quluzadə