Gəncə şəhərində 25 yaşlı gənc ölüb.
Medicina.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 24-də Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasında baş verib.
Gəncə sakini, 1994-cü il təvəllüdlü Məmmədov Şahin Bayram oğlu müalicə olunduğu sarılıq xəstəliyindən ölüb. Faktla bağlı araşdırma aparılır.