Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gənc nəsil cinsi əlaqəni artıq unudur - Rəqəmsal insan kimdir?

  • 2025.04.01 22:49
  • 444 Baxış
Gənc nəsil cinsi əlaqəni artıq unudur    - Rəqəmsal insan kimdir?

Biz hər gün rəqəmsal dünyaya getdikcə daha çox qərq oluruq və bunun fərqinə varmadan real həyatda yox, vaxtımızı internetdə keçiririk.


Necə dəyişdiymizi, insanın necə olacağını öyrənmək üçün bir anlıq dayanmağı və psixikamızı yoxlamağı təklif edirik.

“Medicina” xəbər verir ki, tədqiqat psixoloqu Qriqori Spizhevoy rəqəmsal insanın necə olmasından danışıb.

"Rəqəmsal dünyasına uçuruq: X1.5 və ya hətta X2 sürətində video və ya serialları izləyirik.

Biz bu qədər məlumatı emal etmək üçün nəzərdə tutulmayan qədim beynimizdən istifadə edirik. Həm də maksimum sürətlə!
16 yaşlı qızım sosial şəbəkədə ilişib, azıb, günlərlə lenti çevirir, virtual dostları ilə yazışır, oynayır, real həyata isə tualetə getmək, soyuducuya baş çəkmək və ya dərsə getmək üçün çıxır.

Müasir nəsil sosial şəbəkədə 8 saatdan çox vaxt keçirir. Bazar və bayram günləri bu 12 saatı keçir, gecənin yarısına kimi sosial şəbəkələr beynini zəbt edib.

İndi bizim işimiz, hobbi, əyləncəmiz, dostlarımız sosial şəbəkədir.
Bizim qədim beynimiz bu qədər yükə hesablanmayıb.

Beyin həmişə asanını seçir, kitab yox, film, kino yox, qısa zarafat videoları. Dostlarla canlı görüş yox, sosial şəbəkədə səs.

Sosial şəbəkə tələlərindən biri qısamüddətli dofamin sıçrayışıdır. Beyin bu nöqtəni yadda saxlayır və hər dəfə dofamin üçün ora qayıtmağa səni məcbur edir.

Bununla da bütün vaxtımızı sosial şəbəkə ələ keçirir, bizim özümüzə belə vaxtımız qalmır.

İnsanlar canlı sosial ünsiyyəti itirir, hətta müasir gənclik cinsi münasibət və əlaqəni də getdikcə yadırğayır.

Hazırda bütün inkişaf etmiş ölkələrdə 30 yaşa qədər bakirə oğlan və qızların sayı pik həddə çatıb. Buna səbəb canlıda münasibət qurmaq və qarşı tərəfi cəlb etmək marağı və vərdişinin olmamasıdır.


Aygün Musayeva