Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, 25 yaşlı jurnalist bir müddət əvvəl COVID-19-a yoluxub, vəziyyətinin kritik olması səbəbindən reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, o, Türkiyənin Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırdı.
Xatırladaq ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Allah rəhmət eləsin!