Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gələn ildən neçə dəfə peyvənd olunacağıq?

  • 2022.01.22 14:49
  • 2741 Baxış
Gələn ildən neçə dəfə peyvənd olunacağıq?

Rusiya Federal Tibbi və Bioloji Agentliyinin baş infeksionisti, Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Yoluxucu Xəstəliklər və Epidemiologiya kafedrasının müdiri Viktor Nikiforov koronavirusa qarşı ildə neçə dəfə peyvənd oluna biləcəyimiz barədə açıqlama verib.

Medicina.az xəbər verir ki, ekspert 3 aydan bir vaksin vurulmasını pisləyib.

“Peyvənd lazımdır, amma kiminsə ağlına 3 aydan bir peyvənd vurmaq kimi sərsəm fikir gəlsə, axırı pis qurtaracaq. Heç bir immunitet sistemi 3 aydan bir təkrar peyvəndə tab gətirə bilməz”, - Nikiforov izah edib.

Mütəxəssisin fikrincə, 6 ayda bir dəfədən çox olmayaraq peyvənd oluna bilərsiniz:

“Bundan sonra həyatımızın qalan hissəsində hər 6 aydan bir koronavirusa və qripə qarşı peyvənd olunmaq məcburiyyətindən söhbət gedə bilməz”.

Həkim hesab edir ki, əhalidə kütləvi immunitet və ya “sakitləşən” variant yarandıqdan sonra ildə 1 dəfə koronavirusa qarşı peyvənd olunmaq yetərli olacaq.

“Peyvəndləmə skamyada oturub dondurma yeməyə bənzəmir. Bu, kifayət qədər ciddi hadisədir. Hər hansı bir ssenaridə yan təsirlər olmalıdır”, - yoluxucu xəstəliklər üzrə mütəxəssis Nikiforov bildirib. /publika.az/