Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gələn ildən bu xəstəxanalar Səhiyyə Nazirliyinə veriləcək - SİYAHI

  • 2022.12.20 11:29
  • 2537 Baxış
Gələn ildən bu xəstəxanalar Səhiyyə Nazirliyinə veriləcək -  SİYAHI
2023-cü il yanvar ayının 1-dən etibarən bəzi xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında deyib.


O qeyd edib ki, gələn ildən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.