"Bu il və gələn il hər hansı pandemiya elan etməyə gərək yoxdur, kovid dövriyyədə olsa da".
"Medicina" xəbər verir ki, bu sözləri Rusiyanın akademiki Gennadiy Onişenko deyib.
"Ara-sıra karantin tətbiq edilə bilər. Qızılca, kovid və s. infeksion xəstəliklərə görə bağçalar, məktəblər, məntəqələr.
Artıq yaz gəlib, kəskin infeksiyalar və kovid kəskinləşməyəcək.
Epidemiya və pandemiyanı unuda bilərik.
Amma bu o demək deyil ki, kovid və onun ştammlarına yoluxma olmayacaq.
Kovid və qrip kimi infeksion xəstəliklər, mövsümi respirator xəstəliklər həmişə olacaq.
Xroniki xəstələr, ürək-damar, tənəffüs sistemi xəstəlikləri olanlar, hamilələr yenə də özlərini qorumalıdır".
Aygün M