"Gələcək nəsillər üçün sağlam dünyanı qorumaq lazımdır".
"Medicina" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxışı zamanı deyib.
"Əlbəttə, bu işlər ciddi iqtisadi xərclər hesabına başa gəlir".
Türkiyə Prezidenti 2035-ci il üçün 100 milyon ton karbonu azaltmağı hədəflədiklərini bildirib.
"2053-cü ilə qədər tamamilə sıfır emissiyaya nail olmaq və "Yaşıl inkişaf" baxışımız çərçivəsində iqtisadiyyatda əsas sektorlarında dəyişikliklərə doğru gedirik. Yaşıl maliyyə strategiyasını həyata keçirmək istiqamətində səylərimiz davam edir. Emissiya ticarət sistemini də ehtiva edən "İqlim haqqında" qanunu çox yaxında Türkiyə parlamentinə təqdim edəcəyik ".
MEDİCİNA.AZ