Medicina.az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası iyulun 12-dən 14-dək Gədəbəy rayonunda humanitar aksiyalar keçirəcək.
Milli Oftalmologiya Mərkəzinin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu da Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz davamlı olaraq respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir.
Bu dəfə Səyyar klinikasının növbəti humanitar aksiyası iyulun 12-dən 14-dək Gədəbəy rayonunda olacaq. 12-13 iyul tarixlərinə Gədəbəy sakinləri müayinə ediləcək, 14 iyulda isə cərrahi əməliyyatlar aparılacaq. Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov bildirib ki, burda əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Onun sözlərinə görə, Mərkəzin Səyyar Klinikası ən son texnoloji avadanlıqlarla təchiz olunub. S
əyyar xidmətdə həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iştirak edir. Xatırladaq ki, 2005-ci ildən bu günə kimi Səyyar Klinika respublikanın rayon və şəhərlərində onlarla tibbi aksiya keçirib.
NƏ VAXT, HARADA: 12 iyul 2018-ci il, saat 10 :00 Gədəbəy rayon Mərkəzi Xəstəxanası
ƏLAQƏ: Günel Mürsəlli, telefon: 051 4338116