Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecikmiş menstruasiya polip əlaməti ola bilər – Xərçəng ehtimalı

  • 2023.03.02 16:41
  • 1933 Baxış
Gecikmiş menstruasiya polip əlaməti ola bilər  – Xərçəng ehtimalı
Britaniya kanalının Sky Sports News verlişinin aparıcısı Şarlott Jeksonun heç ağlına gəlməzdi ki, mensturasiyanın gecikməsi bu qədər problemlərə səbəb ola bilər. O, öz ginekoloqunu tez –tez narahat etməmək üçün ara-sıra müraciət edərdi.


“Medicina” xəbər verir ki, 30 yaşlı Şarlotta əvvəllər də gecikmələrə məruz qalırdı. Ona görə elə böyük əhəmiyyət vermirdi. Əvvəllər işdən evə gəlib, yeməyini yeyib, idman zalına məşğul olmağa gedərdi.

Amma yaxın 6 həftə ərzində hər şey dəyişdi. Heç bir işlə məşğul olmamamq, eləcə uzanmaq hissi, hətta gülümsəməyə həvəsi belə olmurdu. Özünün dediynə görə hiss edirdi ki ,üzərində sanki böyük yorğunluq var. Həkimə müraciət etdikdən sonra məlum oldu ki, menstrual gecikmənin səbəbi poliplər imiş. Həkimlər söylədilər ki, əgər bir az da yoxlanışa geciksə idi ömürlük sonsuz qalacaqdı. Sonra isə xərçəng xəstəliyinə yol açacaqdı.


Ümumilikdə hər 10 qadından birində polip aşkarlanır. Ən çox 40 yaşdan sonra qadınlarda menepazanın başlanmasından qısa müddət sonra polip aşkarlanır.

Poliplərin yaranmasının əsas səbəblərindən biri estorogen hormonunun aktivliyidir. İlk mərhələdə xoşxassəli ola bilər.

Poliplərin simptomları ya menstruasiya zamanı ağır qanaxma, ya da menstrual dövrlər arasında qanaxmadır. Mütləq belə simptomlarda həkimə müraciət etmək lazımdır.


Günay Quliyeva