Son dönəm yayılan qrip və donuz qripinə yoluxduqda, gecəyarı hərarət 38 dərəcəni keçib, 39-a çatarsa, özünüz onu salmağa cəhd etməklə yanaşı təcili yardım çağırın.
Bakupost.az xəbər verir ki, Rusiya səhiyyə nazirliyinin rəsmisi Sergey Baqnenko xəstələrə təcili yardımla bağlı tövsiyə verib.
“Hazırda təcili yardım yüklənib. Gündüz hərarət qalxdıqda poliklinikaya müraciət edin, gecəyarı olarsa, təcili yardım.
Gündüz qızdırma üçün təcili yardım çağırıldıqda, bu xidmət bloklanır. Nəticədə ölüm təhlükəsində olan insanlara yetişmək olmur.
Kovid vaxtından təcili yardımı qrip zamanı çağırmaq ənənəsinin əsası qoyulub. İnsanlar buna alışıb. İndi vətəndaşlar bu məsələyə həssas yanaşmalıdır”.