İsti yay aylarında ən çox yeyilən dondurmanı müəyyən saatlardan sonra yemək olmaz.
Şirin qidalar- giləmeyvə, meyvələr, tünd şokolad kimi, axşam yeyilərsə, qan şəkərində çox ciddi bir sıçrayışa səbəb ola bilər.
“Medicina” xəbər verir ki, endokrinoloq Zuxra Pavlovanın sözlərinə görə, axşam qan şəkərində çox ciddi bir sıçrayışa səbəb olmamaq üçün maksimum axşam 18:00-a qədər belə qidalar yeyilib bitirilməlidir.
“Dondurma və meyvə buzlarında şəkərin yüksək olması və minimum vitamin olması səbəbindən demək olar ki, heç bir faydası yoxdur.
Dondurulmuş təzə sıxılmış portağal və ya alma şirəsindən hazırlanmış evdə hazırlanmış məhsul daha faydalı olacaq.
Əgər onu əsəbi halda yeyirsinizsə, sizi sevindirəcək və xoşbəxt hiss etdirməyə kömək edəcək. Çünki dondurma əlavə olaraq endorfin axınını artıracaq.
Əgər artıq çəki varsa, o zaman hər gün dondurma yemək qətiyyən olmaz. Eləcə də sızanaqla mübarizə aparanlar istisna deyil.
Bədən formasına mənfi təsir göstərməməsi üçün ayda bir dəfə dondurma yemək olar”.
Günay Quluzadə