Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecəyarı 3-də oyananlarda 3 ciddi xəstəlik xəbərdarlığı

  • 2023.01.10 19:56
  • 2605 Baxış
Gecəyarı 3-də oyananlarda  3 ciddi xəstəlik xəbərdarlığı

Yuxu pozulması özlüyündə ölümcül deyil, amma gecəyarı mütəmadi oyanmalar orqanizmdə narahatlıq olduğunu göstərir.

Medicina.az xəbər verir ki, əgər vaxtında bu problemin səbəbi araşdırılmasa ciddi əlillik və ölümə belə səbəb ola bilər.

Həkim terapevt İrina Andreyeva bildirib ki, insanların demək olar, üçdə biri gecə saat 3-də oyanır və bu hal arada təkrarlanır.

“Amma əgər bu hal hər gün təkrarlanırsa, tibbi baxımdan 3 əsas xəstəlikdən şübhələnmək lazımdır.
Ürək –damar xəstəlikləri, tənəffüs-ağciyər problemləri və nevroloji pozulmalar.

Yuxu belə pozulanda nevroz, depressiya, yüksək təzyiq, ürək xəstəlikləri, insult yarana bilər.

Ümumiyyətlə, gecə oyanmalarının çoxu pis qan dövranından qaynaqlanır, xüsusən beyin yuxunun sürətli fazasına keçəndə gözlərə və beyinə oksigen yaxşı çatmır və o oyanır”.

Aygün Musayeva