Gecələri büsqalterlə yatmağın düzgün olub-olmaması bir çox qadını maraqlandırır.
Medicina.az xəbər verir ki, büstqalterin orqanizmə bir sıra zərərləri vardır. Mütəxəssislər bildirirlər ki, hər gecə büstqalterlə yatmaq bəzi xəstəliklərə səbəb olur.
Göbələk
Hər gecə büstqalterlə yatmaq döşlərdə göbələk infeksiyasının yaranması riskini artırır.
Onurğada pozulmalar
Büstqalterlə yatmaq onurğada bir sıra problemlərə səbəb ola bilər.
Yuxuya təsir edir
Xüsusi ilə bədən ölçünüzə uymayan büstqalterlər gecə yatarkən yuxu problemlərinə səbəb ola bilər.
Qanın dövranına təsir edir
Sıx bir büstqalter geyinirsinizsə, bu yatarkən qan dövranının zəifləməsinə və əzələlərdə daralmaya səbəb olur. Büstqalterlər qanın sərbəst hərəkətinə mane olur.
Dəri sağlamlığına təsiri
Gecələr büstqalter taxmaq tər və kirin dərinizə yapışmasına səbəb olur. Bu dərinizə zərər verə bilər. Həmçinin, onun asqıları da dərini qıcıqlandıra bilər.
Dəri rəngi dəyişər
Büstqalterə görə, dərinin nəfəs ala bilməməsi dəri rənginin dəyişməsinə səbəb olar.
Əgər büstqaltersiz yata bilmirsinizsə, gecə yatmaq üçün xüsusi büstqalter seçməlisiniz. Sizi sıxmaması və tikişsiz olmasına diqqət edin.
Aygün