Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecələr telefondan istifadə edən uşaqları gözləyən - 5 bəla

  • 2021.06.18 17:15
  • 6657 Baxış
Gecələr telefondan istifadə edən uşaqları gözləyən   - 5 bəla

İnsan bədəninin, beyninin sağlamlığı üçün, gündüzlər özümüzü gümrah və daha güclü hiss edə bilməyimiz üçün gecələr yuxu rejiminə diqqət etmək vacibdir.


Medicina.az gecələr yataqda və yuxudan əvvəl smartfona baxan, internetdə olan və ya oyunlar oynayan uşaq və yeniyetmələrin beyin, psixologiya və orqanizmində baş verən 7 mənfi dəyişikliyi təqdim edir:

Gecələr qaranlıq otaqda belə smartfon telefonlardan istifadə etsək, beyin bunu gündüz işığı kimi qəbul edir. Və həmin vaxt beyinə siqnal gedir ki, hələ yuxunun vaxtı deyil. Halbuki bədən yorğundur və istirahət tələb edir. Bu ziddiyyətlər üzündən biz yatmağa və oyanmağa çətinlik çəkirik, lakin yeganə problem təkcə bu deyil.


Beyinin neyrotoksiki zəhərlənməsi


Gün ərzində orqanizmində neyrotoksinlər toplanır, biz onlardan uzun yuxu fazası zamanı xilas oluruq. Melatonin və digər hormonların istehsalının pozulması səbəbindən yuxusu dövriyyəsi pozulur, buna görə də gecə boyu narahat və az yatırıq. Bu, bədəndə zəhərlərin yığılmasına, o isə öz növbəsində baş ağrısı, sinir sisteminin pozulmasına və stressə gətirib çıxarır.


Öyrənmək və qavramaqda çətinlik, kütbeyinlik

Daim smartfonun əsirliyində olduğumuz və sosial şəbəkələrdə çox vaxt keçirdiyimiz üçün beyin lazımsız informasiyalarla dolur, bu səbəbdən də yeni məlumatı qavramaq bizim üçün çətin olur. Məsələ ondadır ki, dolu beyin bütün gün ərzində öyrənməyə çalışdığımız təzə məlumatı sadəcə olaraq mənimsəməyə macal tapmır.


Yaddaşın zəifləməsi

Durmadan yeni informasiya qəbul etmək beyini yükləyir. Nəticə etibarı köhnə məlumatları da xatırlamaq bizim üçün çətin və mürəkkəb olur. Bunu bir növ nizamsızlığın hökm sürdüyü paltarlarla dolu şkafa bənzətmək olar. Biz orada lazım olan geyimi tapmaqda çətinlik çəkirik, buna xeyli vaxt və qüvvə sərf etmək lazım gəlir.


Daimi aclıq hissi və piylənmə


Yuxunun və ardınca melatonin pozulması, istirahət vaxtının azaldılması daxili orqanlarının fəaliyyətinin pozulmasına səbəb olur. Məsələn, bağırsaq və mədə. Beyin oyaq bədən isə yorğun olduğu üçün beyinə əlavə enerji zəruriliyi barədə siqnal göndərilir. Biz nəsə yeməyə ehtiyac hiss edirik, halbuki belə olmamalıdır. Bu, həzmlə bağlı böyük problemlərə gətirib çıxara bilər.


Görmə qabiliyyətinin zəifləməsi

Televizor, planşet və smartfonların göy işığı gözlərin tor qişasına təsir göstərir və ona ziyan vurur. Bu zaman təkcə gözlərin quruluşu deyil, həm də əsəb qıcıqlanır. Nəticəni isə bu cümlə çox dəqiq ifadə edir: "Ah, gözlərim yorulub".


Alimlər apardığı araşdırmada müəyyən ediblər ki, qadjetlərlə (Smartfon, pleyer, planşet kompüterlər) heç olmasa yatmazdan 2 saat qalmış sağollaşmaq lazımdır. Bu zaman beyin başa düşür ki, gecə vaxtıdır, sizi keyfiyyətli və sağlam yuxuya hazırlaşdırır.