Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecələr ayaqlarının ağrısından yata bilməyənlərə - SUPER METOD

  • 2019.07.10 20:28
  • 208903 Baxış
Gecələr ayaqlarının ağrısından yata bilməyənlərə -  SUPER METOD
Bu məhlul ayaqlarınızdan bütün ağırlığı, ağrını çəkib çıxarıb, sizi rahatladacaq.  Ayaqlarınız sizə təşəkkür edəcək, siz də bu resepti hazırlayana.


Kiçik tasa 3 litr isti su alınır. Bura təsərrüfat sabunu atırsız. Marketlərdə satılan sarı, kəskin qoxulu sabunlar. Sabunu suda saxlamaqla, suyu süd kimi ağ edirsiz. Sonra sabunu çıxarın. Bura 2 xörək qaşığı soda və dəniz duzu (apteklərdə satılır) əlavə edin. Qarışdırıb, həll edin. Su bir az soyuyacaq. Ayaqlarınızı salın, çaydandan isti suyu vannaya əlavə edərək, suyu dözüləcək dərəcədə isti edin. 5 dəqiqə saxlayıb, bu suya 10 damcı yod damızdırın. Daha 5 dəqiqə vannada saxlayın. Bu müddətdən artıq saxlamaq olmaz, ziyandır. 


Gündə 2 dəfə bu vannanı edin. Kurs 10 gündür. Sonra özünüzü necə hiss etməyinizdən asılı olaraq, təkrarlayın. Varikov və tromboflebit yaraları olanlar ilıq su etsin. 


Axşam belə vanna etdikdən sonra, körpə kimi yatacaqsız.