Yuxusuzluq artıq çəkiyə, ürək və beyin xəstəliklərinə səbəb olur. İlk növbədə isə beynin idrak funksiyasını pozur.
“Medicina” xəbər verir ki, həkim – nevroloq Anton Tixonovskinin sözlərinə görə, xroniki yuxusuzluq səbəbindən koqnitiv funksiyalar pisləşir, diqqətin keyfiyyəti və yaddaş azalır, iş qabiliyyəti zəifləyir, emosional pozğunluqlar baş verir.
“Yuxusuzluğun zehni fəaliyyətə təsiri alkoqolla müqayisə edilir. Yuxu çatışmazlığı olan uşaqlar DÇHP (Diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu) üçün xarakterik olan simptomlarla üzləşir.
Yuxusuzluq artıq çəkiyə, ürək və beyin xəstəliklərinə səbəb olur. Yuxu müddəti azaldıqda orqanizm iştahı stimullaşdıran qrelin maddəsini daha çox istehsal edir. Kifayət qədər yuxu almayan insan ehtiyac duyduğundan çox yeyir və tez piylənir.
Yuxusuzluq dərin yuxu mərhələsində ifraz olunan somatostatin hormonunun istehsalının azalmasına təsir göstərir.
Nəticədə insan yorğunluqdan çıxmır, zədələnmiş toxumalar pis bərpa olunur, immunitet zəifləyir.
Yuxu vaxtının fizioloji normadan yayınması metabolik sindromun inkişafı üçün risk faktorudur, bu da ürək-damar ağırlaşmalarına, o cümlədən infarkt və insulta səbəb ola bilər”.
Yuxusuzluğun digər ən təhlükəli 7 faktoru:
• Hipertoniya,
• görmə qabiliyyətinin zəifləməsi,
• artıq çəki,
• hormonal pozulmalar
• xarici görünüşün pisləşməsi,
• kişilərdə impotensiya
Günay Quliyeva