Gecə yemək sindromu olaraq bilinən yemək pozğunluğu, insanın axşam yeməyindən sonra gündəlik kalorilərinin ən azı 25% - ni yeməyə meylli olduğu bir vəziyyətdir. Bu vəziyyət həm də yuxu rejiminin pozulmasına səbəb olur.
“Medicina” xəbər verir ki, bu sindroma bənzər bir vəziyyət yuxu ilə əlaqəli yemək pozğunluğudur.
İkisi arasındakı fərq, gecə yemək pozğunluğu olan bir insanın gecə boyu oyandığını və yediyini anlamasıdır, yuxu ilə əlaqəli olan yemək pozğunluğu olan bir insan isə tez-tez oyanır, aclıq hissi duyur və yemək yeyib-yemədiyini xatırlamır. Bu zaman çox təhlükəli olan qidaları da yeyə bilər.
Gecə yemək pozğunluğu kimlərdə olur?
Həm kişilər, həm də qadınlar gecə yemək pozğunluğundan əziyyət çəkirlər Dünya əhalisinin təxminən 1-2% - nin bu xəstəlikdən əziyyət çəkdiyinə inanılır.
Bu problem ciddi çəki problemi olan insanlarda daha çox görülür. Həmçinin, mədə kiçiltmə əməliyyatı keçirən insanların təxminən 28% - nin bunu yaşadığı düşünülür. Əlavə olaraq, ambulator psixiatrik xəstələr arasında gecə yemək pozğunluğunun yayılması ümumi əhali ilə müqayisədə on dəfə çoxdur, xüsusən də maddə istifadəsi pozğunluğundan əziyyət çəkənlər arasında daha geniş yayılmış bir sindromdur.
Psixotrop dərman qəbul edənlər (atipik antipsikotiklər kimi) gecə yemək pozğunluğu inkişaf riski də artır, çünki bu dərmanlar aclıq və toxluq hisslərinə də təsir edir.
Bu sindromdan əziyyət çəkən insanlar tez-tez depressiya əhval pozğunluqlarına sahibdirlər. Bu hal insanın gecə boyunca müəyyən aralıqlarla bir az qəlyanaltı və ya içki içmək üçün yuxudan oyanması ilə xarakterizə olunur. Onlar yeməyi gecə yuxudan oyandıqda daha çox yuxuya nail olmaq üçün bir yol kimi görürlər. Hər dəfə yeyilən kalori miqdarı ortalama 270 (kiloqram) kaloridir (fərq yemək tezliyində olsa da). Bu tip insanlar qida rasionunda daha çox karbohidratlara üstünlük verir. Gecə yemək pozğunluğu olan bir insan hormonal balanssızlıqdan da əziyyət çəkə bilər.
Xanım