Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecə yatmazdan öncə bir stəkan süd içməyin 6 faydası

  • 2024.05.10 20:08
  • 992 Baxış
Gecə yatmazdan öncə bir stəkan süd içməyin  6 faydası
Hər gün bir stəkan süd içmək bəzi insanlar üçün vazkeçilməz addımlardan biridir.

Bəs, hər gün süd içənlərin orqanizmində nə baş verir?

Medicina.az xəbər verir ki, hər gün bir stəkan süd içənlər, içməyənlərdən bir neçə addım öndədir. Çünki süd sümük sağlamlığından gözəl dəriyə sahib olmağa qədər bir çox prosesdə rol oynayır.

Əgər südü sevmirsinizsə, onun əvəzinə süd məhsullarından, xüsusilə də ayran və qatıqdan faydalana bilərsiniz.

Hər gün bir stəkan süd içməyin 6 faydasını təqdim edirik:

1. Xəstəliklərlə mübarizəyə kömək edir

Bir stəkan süd yüksək qan təzyiqi və insult riski kimi ölümcül vəziyyətlərdən qoruya bilər. Bundan əlavə, südün tərkibindəki laktoza qaraciyərinizə pis xolesterol istehsalını azaltmağa kömək edir. Həm də bədənin müəyyən xərçəng növləri ilə mübarizə aparmasını asanlaşdırır. Üstəlik, görmə qabiliyyətinə də yaxşı təsir edir.

Südə sarıkök əlavə edərək öskürəkdən tutmuş viral infeksiyaya qədər bir çox problemdən xilas olmaqda istifadə edə bilərsiniz.

2. Kökəlməyə qoymur

Bir stəkan süd sizi tox hiss etdirəcək. Südə kakao və ya meyvələr əlavə edərək şirniyyat istəyini azaltmaq olar.

3. Dişləri və sümükləri möhkəmləndirir

Bədənimizdəki kalsiumun çoxu sümüklərə və dişlərə sərf olunur. Ona görə də sümük və diş sağlamlığı üçün süddən daha yaxşı qida yoxdur. Təkrarlanan araşdırmalar gündə bir stəkan süd içməyin dişlərin çürüməsinin qarşısını aldığını göstərib.
Süd sümükləri gücləndirir və dişlərin, dırnaqların, eləcə də saçlarınız sağlamlığında mühüm rol oynayır.

Bununla belə, yadda saxlamaq lazımdır ki, südün tərkibindəki kalsium yalnız D vitamini mövcud olduqda orqanizm tərəfindən mənimsənilə bilər. Buna görə də, içdiyiniz südün istehsalçı tərəfindən D vitamini ilə zənginləşdirildiyindən əmin olun.

4. Mədə yanmasının qarşısını alır

Ədviyyatlı və acılı yeməkdən sonra bir stəkan süd içmək məsləhətdir. Tədqiqatlar göstərir ki, süd mədənin selikli qişasını və yemək borusunu örtərək sakitləşdirici təsir yaradır.

5. Dəriyə parlaqlıq verir

Süd içmək dəriyə parlaqlıq qazandırır. Lüks həyat yaşayanlar həftədə bir dəfə südlə çimməyə üstünlük verirlər. Südün təmizləyici xüsusiyyətlərə malik olduğu və bir çox təbii nəmləndiricilər ehtiva etdiyi düşünülür. Üstəlik, süd dərinin rəngini də açır.

8. Saçları nəmləndirir

Südün tərkibindəki təbii nəmləndiricilər saçlarınız üçün çox faydalıdır. Xüsusilə quru və solğun saçlara sahib olanlara kömək edə bilər. Süd saçları cavanlaşdırır və parlaqlıq qazandırır.

Ekspertlər gündə bir dəfə süd içməyi vərdiş halına gətirmək istəyənlərə xəbərdarlıq edirlər. Bildirilir ki, bunu əsasən gecə yatmazdan öncə etməyə diqqət yetirmək lazımdır. Südün faydalarından tam yararlanmaq və səhərlər daha gümrah oyanmaq üçün yatmazdan yarım saat öncə süd içə bilərsiniz.


Aysel