Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır

  • 2024.04.30 12:02
  • 892 Baxış
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq -  Bu problemi aradan qaldırır
Yuxusuzluq günümüzün ən böyük problemlərindən biridir. Bir çox insan yuxu keyfiyyətinin azalmasına görə konsentrasiyanın itirilməsi və gün ərzində yorğunluq kimi hallarla üzləşir.

Medicina.az xəbər verir ki, yuxu problemlərini aradan qaldırmaq üçün təklif olunan təbii üsullardan biri və ən təsirlisi ananas yeməkdir.

Yatmazdan əvvəl ananas yeyildikdə yuxu problemləri azalır.

Son araşdırmalar da fasiləsiz və keyfiyyətli gecə yuxusu üçün ən təsirli vasitənin ananas ola biləcəyini göstərir. Buna səbəb ananasın qandakı melatonin səviyyəsini artırmasıdır. Beləliklə, melatoninin antioksidan qabiliyyəti artır və rahat şəkildə yuxuya getməyə kömək edir.

Mütəxəssislər bildirirlər ki, ananasın 1 dilimi təxminən 25 kalori, 1 ədədi isə təxminən 500 kaloridir. Odur ki, bu meyvəni gecələr yemək kilo probleminə səbəb olmur.

Onu da qeyd edək ki, yuxu problemləri xronikidirsə, həkimə müraciət etmək daha doğru addım olacaq.


Aysel