Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecə yatmazdan əvvəl qatığı bu toxumla qarışdırıb yeyin! - Piyləri sürətlə yandırır

  • 2024.04.03 15:10
  • 822 Baxış
Gecə yatmazdan əvvəl qatığı bu toxumla qarışdırıb yeyin! -  Piyləri sürətlə yandırır
Faydalı qidaları birləşdirərək onların təsirini artırmaq mümkündür. Bu qarışımlardan biri ilə bağırsaq sağlamlığınızı dəstəkləyə və yağ yandırma prosesini sürətləndirə bilərsiniz.

Medicina.az möcüzəvi təsirləri olan qatıq və qaraçörəkotu qarışımının təsirlərini təqdim edir:

Qaraçörəkotu yüksək miqdarda yağ, A, B1, B2, B6 və C vitaminləri, dəmir, kalsium, sink, fosfor, maqnezium, manqan və mis kimi qida maddələrini ehtiva edir.

Qatıq isə A, B, E vitaminləri, kalium, fosfor və sink mənbəyidir, həmçinin yüksək zülal tərkibinə malikdir.

Bu qidaların hər biri istehlakdan sonra toxluq hissi yaradır, həddindən artıq yeməyə meyli azaldır. Bundan əlavə, qatıq istehlakı qəbul edilən kalsium sayəsində yağların yandırılmasını sürətləndirir.

Bu qarışığı mütəmadi olaraq istehlak etməklə, həddindən artıq yemək meylini azalda və yağ yandırılmasını dəstəkləyə bilərsiniz.

Gündə iki dəfə, bir kasa qatığa bir çay qaşığı qaraçörəkotu əlavə edib yemək olar. Gecə yatmazdan əvvəl yedikdə yağları daha sürətli yandırır və arıqlamağa kömək edir.


Aysel