Təmizlik üçün bahalı kimyəvi maddələrə pul xərcləmək lazım deyil. Tualet təmizliyində bir qaşıq duz kifayətdir.
Medicina.az xəbər verir ki, ev təmizliyi dedikdə ağıla ilk gələn kimyəvi təmizləyicilərdir.
Duz yeməyə ləzzət qatdığı bilinsə də, əslində güclü təbii dezinfeksiyaedicidir.
Kimyəvi təmizləyici vasitələr yerinə hazırlayacağınız bu qarışıq tualetinizi dezinfeksiya edəcək və hamamınıza xoş bir qoxu qatacaq.
Seçdiyiniz qoxu üçün duz, soda və istənilən efir yağı qarışdırın və tualet qabına tökün.
Duz və soda mikrobları və bakteriyaları öldürür və tualeti gigiyenik edirsə, efir yağı təzə bir qoxu buraxır.
Aygün
Medicina.az