Yapon kardioloqları JCS 2019 konqresində bəyan ediblər ki, müntəzəm olaraq gecəyarı yuxudan oyanıb, tualetə gedənlərin orqanizmində duzun miqdarı çoxdur və onlarda təzyiq problemi var.
Medicina.az xəbər verir ki, Yaponiya tibb mütəxəssisləri bu vəziyyəti insanda nikturiyanın yaranması kimi izah edib.
"Əgər bir insan gecə yuxudan 2-3 dəfə qalxıb, sidiyə gedirsə, deməli, onun orqanizmində artıq maye yığılır. Maye isə ya yüksək təzyiqdən, ya da duzun çoxluğundan toplanır. Əgər bu hal aylarla davam edirsə, həkimə getmək lazımdır. Həmçinin sutkalıq duz miqdarını azaltmalı, normanı ölçmək tələb olunur- deyə Satosi Konno bildirib.
Ola bilər, həmin insan hələ təzyiq xəstəsi olduğunu bilmir, amma orqanizmdə duzun artıqlığı onun gələcəkdə yüksək təzyiqdən əziyyət çəkəcəyinı işarədir.