Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecə tərləməsi hansı xəstəlikdən xəbər verir?

  • 2025.04.12 20:09
  • 249 Baxış
Gecə tərləməsi hansı  xəstəlikdən xəbər verir?

Gecə yuxu zamanı həddindən artıq tərləmə yalnız isti hava ilə deyil, həm də bəzi ciddi sağlamlıq problemlərindən qaynaqlana bilər.

Medicina.az xəbər verir ki, hormonal pozğunluqlar, xüsusən də qalxanabənzər vəzinin həddindən artıq aktiv olduğu hipertiroidizm gecə tərləmələrinin əsas səbəblərindəndir. Bundan əlavə, menopoz zamanı qadınlarda estrogen səviyyəsinin azalması da tez-tez tərləməyə səbəb ola bilər. Yoluxucu xəstəliklər, xüsusən də vərəm gecə tərləməsi ilə özünü göstərə bilər. Lenfoma və leykemiya kimi bəzi xərçəng növləri də gecələr həddindən artıq tərləmənin əlamətləri arasında sayılır.



Bundan əlavə, yuxu apnesi, reflü, narahatlıq və bəzi antidepresanlar da gecə tərləmələrinə səbəb ola bilər.

Davamlı hala gələn və digər simptomlarla birlikdə baş verən gecə tərləmələri halında, əsas səbəbi müəyyən etmək üçün həkimə müraciət etmək tövsiyə olunur.

Aygün
Medicina.az