Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecə saatlarında telefondan istifadə dəri sağlamlığına necə təsir edir?

  • 2024.07.26 15:51
  • 2098 Baxış
Gecə saatlarında telefondan istifadə dəri sağlamlığına  necə təsir edir?
Telefon və planşetlər səbəbilə yaranan yuxu pozğunluğu sızanaqlara, qırışlara səbəb olur

Medicina.az xəbər verir ki, bu barədə “The Conversation”a Bond Universitetinin dermatologiya kafedrasının dosenti Maykl Friman məlumat verib.

O, yatmazdan əvvəl ağıllı cihazlardan istifadənin melatonin istehsalını blokladığını və yuxuya getməyi çətinləşdirdiyini bildirib.

“Yuxu problemləri qırış və sızanaq yaratmaqla yanaşı, ekzema və rozaseanın pisləşməsinə də gətirib çıxara bilir”, - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, ekranlardan gələn parlaq işıq bütün canlı orqanizmlərin sirkadiyalı ritminin tənzimləyicisi olan melatonin hormonunun vaxtında istehsalına mane olur:

“Bu, yuxuya getməyin çətinləşməsinə və yuxuya ayrılan vaxtın azalmasına gətirib çıxarır. Ekran məzmununun stimullaşdırıcı təbiəti gecə istirahətinizin keyfiyyətinə daha da xələl gətirir.

Sosial media lentləri, xəbər məqalələri, video oyunlar və hətta iş e-poçtları axşam saatlarında beyni aktiv saxlayır, yuxuya keçidin qarşısını alır.

Uzunmüddətli yuxu problemləri dəri xəstəlikləri yarada və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər”.

Həkimin fikrincə, yuxunun olmaması kollageni (dəri elastikliyindən məsul zülal) parçalayan stress hormonu olan kortizol səviyyəsini də artırır:

“Bu arzuolunmaz dəyişikliklər qırışların yaranmasına kömək edir. Bundan əlavə, yuxunun olmaması dərinin təbii baryerini zəiflədir, onu ətraf mühitin təsirlərinə qarşı daha həssas edir. Belə dəri daha tez quruyur”.


Aysel