ABŞ neyrobiologiya və yuxu araşdırmaları institute yeni elmi araşdırmalarına son qoyaraq, nətucəni elan edib.
Medicina.az xəbər verir ki, alimlər cavan dişi və erkək laboratoriya siçanları üzərində yuxu pozğunluğunun beyinə necə təsir etməsini yoxlayıb. Belə ki, həm xroniki yuxusuzluq, həm də framqentli yuxu – gecə yuxudan tez-tez ayılmaların yeniyetmələrə nə kimi təsir edəcəyi məqsədilə aparılan təcrübədə sübut olundu ki, hər iki forma beyində iki anomal zülalların toplanmasına səbəb olur.
Məhz bu patoloji dəyişikliklər Alsgeymer xəstəliyindən əziyyət çəkən insanlarda aşkar olunur. Həmçinin xroniki yuxu defisiyi beynin hər iki payında ciddi sayda neyronların ölməsinə səbəb olur ki, bu da insanın yaşlananda yaddaş və əqli aktivliyinin itirilməsinə gətirib çıxaracaq.
Alınan göstəricilərə əsasən alimlər valideynlərə xəbərdarlıq edir ki, 12-17 yaşlı yeniyetmələrin normal və dərin yuxu rejiminin olmasına diqqət edib, uşaqların yuxu ilə problemini vaxtında həll etsinlər.