Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alanlardan özəl tibb müəssisəsində hazırda cəmi bir nəfər müalicə alır.
Medicina.az xəbər verir ki,“Report”un məlumatına görə, həmin şəxs seneqallı qızdır.
Hazırda onun vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Məlumatı “Report”a TƏBİB-dən də təsdiqləyiblər.
Qeyd edək ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər vəfat edib.