Yuxuda izlənmə, bədbəxt hadisələr, ölüm, hündürlükdən yıxılma, kabuslarla üzləşmə, qorxu Yer üzü əhalisinin 30%də rast gəlinən hallardır.
Uşaqlar böyüklərdən daha çox yuxuda kabuslarla üzləşir.
Medicina.az xəbər verir ki, kabus sözü fransızcadan "gecə ruhların basqısı" mənasını verir.
Qədimdə hesab olunurdu ki, gecələr bu kimi yuxu görənlər pis ruhların hücumuna məruz qalır. Slavyan mifologiyası kabus qüvvələrinin damdabaca, almanlar isə elflər olduğunu deyirdi. Elə qədimdən insanlar bu kabuslardan qurtulmaq üçün müxtəlif çarələr axtarırdılar.
Müasir tibb alimləri üçün gecə kabusları açılmamış sirr deyil, onlar sübut edib ki, bu sürətli yuxu fazasında görüntülərin tez-tez dəyişməsindən irəli gəlir. Daha çox səhərəyaxın belə yuxular görülür.
Yuxuda kabus görən insan keçirdiyi dəhşət hissindən qorxaraq, diksinərək oyanır, qışqırır, ürəyi titrəyir. Əzələlərində süstlük olur, yerindən dura bilmir, kimsəni çağıra bilmir. 30-40 saniyədən sonra özünə gələrək bunun yuxu olduğunun fərqinə varır, su içir, amma çox qorxubsa, yenidən yuxuya getməsi çətinləşir.
Hündürlükdən yıxılma demək olar, 80% insanların yaşadığı haldır. Əgər insan yaxın vaxtlarda psixoloji travma keçiribsə, yuxuda bu halla tez-tez qarşılaşır.
Kabuslarla nə etməli?
Əgər kabus dolu yuxular və oyanmalar mütəmadi baş verirsə, insanın əsəblərini tarıma çəkibsə, bu insanın sağlamlığına zərbədir. Normal yuxu almamaq depressiya, piylənmə, ürək xəstəliyi, diabet yaradır.
Bəzi dərmanların təsirindən də kabus görünə bilər.
Kabusla mübarizə nevroloq, psixoterapevt və psixoloq müayinəsindən başlayır. Bu zaman koqnitiv-davranış terapiyası kömək edir. Miqrenli, onurğasında yırtıq, narahat ayaqlar, apnoe xəstəliyi olanlar da kabus çox görür. Bu zaman nevroloji müalicə təyin olunur. Əsas xəstəlik müalicə olunduqda, kabuslar itir.
Ağır antidepressantların qəbulundan sonra da yuxuda belə görüntülər ola bilər. Bu zaman həkimə müraciət edib, doza və dərmanı dəyişmək haqqında məsləhətləşin.
Özünüz yuxunun süjetini dəyişin
Kabus dolu yuxu insanın şüur oyunu, təxəyyülüdür. Hər dəfə təkrarlanan yuxu süjetini yenidən oynayın. Məsələn, yuxuda arxanızca düşən kabusu təsəvvür edib, sonunu belə yazın ki: o sizin çiyninizə toxunub, suya çevrilir. Həqiqətən də şüuraltı bu əmri icra edəcək.
Hündürlükdən yıxılanda isə sonda paraşüt açıldığını və ya yumşaq bir yerə düşdüyünüzü ssenariləşdirin. Hər bir kabusun sonunu xoşbəxt sonluqla bitirə bilərsiz.
Bu sonluğu yazın, çəkin, beyninizdə yuxudan öncə təkrarlayın, canlandırın.
Yuxudan öncə televizor və telefona baxmayın
Bu cihazların yaydığı mavi işıq melatonin hormonunun sintezini saxlayır. İnsanın yuxu tsikli pozulur. O zaman yuxuda kabuslar da artır. Yatmazdan 2 saat əvvəl kompüter və telefondan uzaqlaşmalısız. Yataq otağında sarı işıq omalıdır, müasir mavi işıqlar beyni qıcıqlandırır.
Toxqarına yatmayın
Yeməkdən sonra orqanizm həzm prosesinə enerji xərcləyir. Beynin aktivliyi artır, hormonlar işə düşür, maddələr mübadiləsi sürətlənir. Xüsusən şirniyyat yeyib yatanların yuxusu əksinə şirin olmur. Kofein, nikotin, alkoqol da yuxu kabuslarının dostudur. Ona görə kabuslardan qorunmaq üçün yuxudan 3 saat öncəyə kimi bunları istifadə etmək olmaz.
Yuxudan əvvəl nələr etməli
Narahat yatanlar mütləq ilıq duş almalı, vanna qəbul etməli, yataq otağına təmiz hava verməli, sakit, relaks edici musiqiyə qulaq asmalıdır. Maksimum rahatlanıb, bədəni boşaldın ki, normal yuxular görəsiz.
Yuxuda bəzən insanın Əli qolunu elə bir tuturlar kimi hiss edirəm ????