Yuxusuzluğun fəsadları - Diabetdən xərçəngə kimi gedən yol
Yatmaq, sağlamlıq üçün ən az idmanla məşğul olmaq qədər vacibdir. Ancaq xüsusilə işləyən insanlar yuxuya xüsusi diqqət göstərmirlər.
Medicina.az xəbər verir ki, mütəxəssislər yuxusuzluqla bağlı həyəcan təbili çalırlar. Belə ki, onlar az yatmağın xəstəliklər yaratdığını qeyd ediblər.
Mütəxəssis rəylərinə görə, insanlar ən az 7 saat yuxu yatmalıdırlar. Həkimlər az yatmağın diabet, ürək xəstəliklərindən xərçəngə qədər yol açdığını vurğulayıblar.
Amerikada səhiyyə təşkilatlarından biri mövzu ilə bağlı araşdırma edib. Araşdırmaya görə, dünyada yuxuya ən az diqqət göstərən xalq ingilislərdir. Bundan sonra isə amerikalılar gəlir.
Nəticələr jurnallarda dərc edilib.
Məqalədə həmçinin çox yatmağın da az yuxu qədər zərərinin olduğu bildirilib.