Yorğun və çənə ağrısı ilə oyanırsınız? Səbəb gecə dişlərinizi şüursuzca sıxmağınız ola bilər. Bruksizm adlanan bu vəziyyət həm fiziki, həm də psixoloji səbəblərdən yaranır və zamanla diş sağlamlığını ciddi şəkildə təhdid edir.
Medicina.az xəbər verir ki, gecə diş qıcırdatmasının ən çox görülən səbəbi yüksək stress və narahatlıqdır. Gün ərzində basdırılan emosiyalar gecə saatlarında çənə əzələlərində gərginliyə səbəb olur, huşsuz diş qıcırtılarına səbəb olur. Eyni zamanda yuxu pozğunluğu, narahatlıq, depressiya və sıx iş rejimi bu vəziyyəti tətikləyən digər amillərdəndir.
Fiziki olaraq çənə quruluşunun pozğunluqları, səhv plomblar, bağlanma problemləri və bəzi nevroloji vəziyyətlər gecə diş sıxmasına səbəb ola bilər. Bu vəziyyət yalnız dişlərdə aşınma və qırıqlara deyil, çənə oynağında ağrı, baş ağrıları, boyun tutulması kimi şikayətlərə də səbəb ola bilər.
Bəs gecə diş qıcamasının qarşısını necə almaq olar?
Stress: Gündəlik həyatınızda stressi azaltmaq üçün nəfəs məşqləri, yoqa, meditasiya və ya gəzinti kimi istirahət üsullarından istifadə edə bilərsiniz.
Yuxu rejimi: Keyfiyyətli yuxu vərdişləri əldə etmək və yatmazdan ən az 1 saat əvvəl ekranlardan istifadəni dayandırmaq vacibdir.
Əzələ məşqləri: Yatmazdan əvvəl çənə və üz əzələlərini rahatlaşdıracaq masajlar etmək də sıxma refleksini azalda bilər.
Mütəxəssis dəstəyi: Əgər problem psixolojidirsə, terapevtdən dəstək almaq vərdişin kök səbəbini öyrənməyə kömək edir.
Diş qıcama problemi diqqətdən kənarda qaldıqda, bu, təkcə diş sağlamlığını deyil, həm də ümumi həyat keyfiyyətini aşağı sala bilər. Buna görə də, simptomlar görünəndə diş həkimi və ya ağız cərrahına müraciət etmək vacibdir..
Aygün
Medicina.az