Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gecə az yatan insanlar qəzəbli olur

  • 2023.07.18 20:54
  • 2132 Baxış
Gecə az yatan insanlar qəzəbli olur
Gecə normal yatmayanlar və yuxusuzluq problemi olanlar qəzəbli və hirsli olur.


“Medicina” xəbər verir ki, tədqiqatçılar bir ay ərzində 202 kollec tələbəsinin gündəlik qeydlərini təhlil ediblər.

İlkin nəticələr göstərib ki, insanlar adi haldan daha az yatdıqdan sonrakı günlərdə daha çox qəzəb yaşadıqlarını bildiriblər.

Yaxşı yuxu - daha az qəzəb və hirs deməkdir.

Təcrübə göstərib ki, yaxşı yatan insanlar iki gündən sonra səs-küyə uyğunlaşır və daha az əsəbiləşirlər. Bunun əksinə olaraq, yuxusu məhdud olan insanlar səs-küyə cavab olaraq qəzəb nümayiş etdirirlər.

Elmi araşdırmalar yuxu məhdudiyyətinin qəzəbi və zamanla məyusluğu artırdığına dair güclü sübutlar təqdim edir.
Mütəxəssislər qəzəb və hirsin beyində parazitlərin olması ilə əlaqələndirirlər.

Belə insanların bir çoxunun toksiplazmaya yoluxduğu ortaya çıxıb”.

Günay Quluzadə