Gecə aclıq siqnalı ilə yuxudan oyanıb mətbəxə keçənlər üçün menyu. Acısaz bunlardan yeyin, digər qidalar səhhətiniz və bədəniniz üçün faydalı deyil.
Yağsız kəsmik – az kalorili, bol zülallı. 150 qram kəsmikdə 100 kkal var.
Giləmeyvələr – 100 qramında 35 kkal var. Antioksidantlarla zəngindir. Ürək-damar, gözlər üçün faydalıdır. Giləmeyvələri yağsız yoqurta qatıb yeyə bilərsiz.
Kök – beta karotinlə zəngin bu tərəvəz orqanizmə düşdükdə A vitamininə çevrilir. Gecə 100 qram çəkilmiş kökün üzərinə xama qatıb yeyin.
Alma – onda portağala nisbətən daha çox C vitamini var. Almada xərçəng hüceyrələrinin artmasını əngəlləyən maddə də vardır. 1-2 alma gecə yeməklə çəkiniz artmaz, əksinə sutkalıq mikroelementlər normasını ala bilərsiz.
Kahı, kələm, iri yarpaqlı tərəvəzlər – böyük porslarda yesəniz də kalori almayacaqsız. Üzərinə limon sıxıb, yanına pomidor-xiyar da əlavə edə bilərsiz.
Kişmiş – acan adamın aclığını kişmiş və qara gavalı da kəsə bilər. Bu kimi çərəzlər şəkəri olmayan insanlar üçün daha uyğundur. Gecə acımısızsa, bir ovuc kişmiş yeyib, yata bilərsiz.