Hər bir insan sutkada 7 saat gecə yuxusu almalıdır. Bir çoxlarımız “Mən 7 saat yatıram” deyib gecə 1-dən səhər 9-a kimi yatır. Axşam telefonda sevimli filmə baxmağı seçir.
“Medicina” xəbər verir ki, 2006-2010-cu illərdə Britaniya biobankından 88 min kişi və qadının tibbi məlumatları analiz olunub.
40-78 yaş arası könüllülər biləklərində yuxu trekeri taxıblar. Onların həyat tərzi, sağlamlığı və xarakterləri sorğulanıb.
6 il ərzində müşahidələr göstərib ki, bu müddət ərzində infarkt, insult keçirən xəstələrin çoxu, yəni iştirakçıların 3%-i gecəyarı yuxuya gedib.
O ki qaldı, sağlam yuxu vaxtına, bu saat 22:00 ilə gecə 2:00 arasıdır.
Gecə 12-dən sonra yuxuya gedənlərdə bu risklər var:
- Bu insanlarda ürək xəstəlikləri 25% artır.
- Gecə 11 və 12 arası yuxuya gedənlərdə bu risk 12%-dir.
- Axşam 10-da yatağa girənlərdə isə bu göstərici 8%-dir
- Eləcə də axşam 8dən yatanlarda da ciddi risklər olur. Yəni 22:00-dan tez yatmaq da məsləhət deyil.
Yuxu ürək-damar xəstəliklərini azaldan faktor ola bilər.
Daxili bioloji saatın işi pozulduqda, ürək-damar, hormonal sistem gərgin işləyir.
Əgər qrafikiniz imkan verirsə, axşam 22:00-da artıq yuxuya getməyə vərdiş edin.
Aygün Musayeva