Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gec doğanlar daha çox yaşayır - Maraqlı fakt

  • 2017.10.13 13:37
  • 13733 Baxış
Gec doğanlar daha çox yaşayır -  Maraqlı fakt
İlk uşağını 33 yaşdan sonra dünyaya gətirən qadınlar, daha cavan yaşlarda uşaq sahibi olan qadınlarla müqayisədə daha çox yaşayır.

 

Medicina.az xəbər verir ki, Koimbra Universiteti (Portuqaliya) alimləri araşdırma zamanı bu qənaətə gəliblər.


The Hindistan Times-da yayımlanan məlumatda bildirilir ki, 33 yaşdan sonra uşaq doğan qadınlarda uzunömürlülüklə bağlı olan genetik markerlərə cavan yaşlarda doğum edən qadınlarla müqayisədə 3 dəfə daha tez rast gəlinir.


Bundan əvvəl Ohayo Universiteti (ABŞ) alimləri tərəfindən aparılmış araşdırma göstərib ki, 30 yaşa yaxın uşaq dünyaya gətirən qadınlar, 15-24 yaşlar arası doğum edən qadınlarla müqayisədə 40 yaşında daha sağlam idilər və özlərini daha yaxşı hiss edirdilər.