23 sentyabr - Avropa Göbələyi Günü və ya Avropada Göbələklər üçün Fəaliyyət Günüdür.
Həmin təqvimin qeyd edilməsi hər il sentyabrın dördüncü şənbə gününə təsadüf edir.
Medicina.az xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd ekosistemlərdə və gündəlik həyatımızda göbələklərin əhəmiyyətini hər kəsə çatdırmaqdır.
Hər il günün mövzusu olaraq "İlin yeməli göbələyi” seçilir. Cari ildə "İlin göbələyi” "yəhudi qulağı”, "taxta qulaq”, "jelli qulaq” adlandırılan Auricularia auricula-judae göbələyi seçilib.