Göbələk xəstəliyi insanı narahat edən problemlərdən biridir. İmmunitet güclü olan insanlar göbələk xəstəliyindən daha asan xilas ola bilərlər.
Medicina.az xəbər verir ki, tibbi müdaxilələrlə yanaşı xalq təbabəti üsulu ilə də göbələklə mübarizə mümkündür.
Müalicə zamanı istifadə edilən əsas üsullardan biri sarımsaqdır.
Bu zaman sarımsağı çiy olaraq istifadə etmək daha tez və müsbət effekt verir. Hər gün 2 və ya 3 baş sarımsağı yeməklərinizdə istifadə etməyiniz tövsiyə edilir.
Göbələk xəstəliyindən əziyyət çəkənlər kök, kartof, turp kimi tərəvəzlərdən uzaq durmalıdırlar. Belə qidalar əvəzinə tərkibində nişasta az olan brokoli, gül kələmi kimi tərəvəzlərdən istifadə etmək məsləhətdir.
Qeyd edək ki, şirin qidalar göbələk xəstəliyinin yayılması üçün şərait yaradır.
Ayran, qatıq kimi süd məhsulları orqanizmdə yerləşən faydalı mikrobları artıraraq göbələk xəstəliyinə qarşı immunitet yaradır.