Ətsiz yeməklərə ət ləzzətini vermək məqsədilə əlavə edilən bulyonların insan orqanizmi üçün təhlükəli olduğu aşkarlanıb. Mütəxəssislər qırmızı ət bulyonları ilə yanaşı toyuq bulyonlarının da eyni dərəcədə risk daşıdığını bildirirlər.
Medicina.az-ın məlumatına görə, ət bulyonları parkinson, piylənmə, altseymer kimi xəstəlikləri yaradır. Bulyonları bu qədər zərərli edən isə tərkibindəki mono sodium gluatamat (MSG) maddəsidir.
Bəs MSG maddəsi nə üçün təhlükəlidir?
Çin duzu olaraq bilinən məhsuldan həddindən çox istifadə göz bəbəyində böyümə, yağ toplanması, insulin artımı və s. kimi problemlərə yol açır.
Ekspertlər bulyonlarla yanaşı cips, hazır şorbalar, bəzi qatıq növlərində də bu maddənin mövcud olduğunu bildiriblər.
Sözügedən maddə həmçinin sinir hüceyrələrinə zərər verir, qaraciyəri zədələyir. Həmçinin epilepsiya xəstəliyinin yaranmasında da rol oynayır.
Şəhanə Quliyeva