Çinli futbol fanatı Çao futbol çempionatı başlayandan bütün oyunları qaçırmamaq üçün sutkada cəmi 2 saat yatıb.
Bakupost.az xəbər verir ki, 26 yaşlı gənc 1 həftə ərzində sutkada cəmi 1-2 saat yatmaqla oyunlara baxmağı yuxudan üstün tutub.
Nəticədə onun üzü iflic olub.
İndi o, akupunktura və masajla müalicə alır.
Qeyd edək ki, Çində matçlar 12 saat ardıcıl nümayiş olunurdu.
Gecə 6 saat matçlara baxan Çao səhər işə gedib, orda da yarışlara baxardı.
Bir gecə o özünü çox pis hiss edir.
“Futbola baxandan sonra 1-2 saat yatmaq üçün uzandım. Bədənimi çox pis, yorğun hiss edirdim.
Səhər motosikli sürəndə dodağımın bir hissəsinin yana qaçdığını hiss etdim. Göz qapaqlarımı da hərəkət etdirə bilmirdim. İşdə bütün üzümün keyidiyini görüb, xəstəxanaya getdim”.
Oğlanda üz iflici diaqnozu qoyulub. Yuxusuzluq və soyuq havada motosikletdə üzü küləyə şütümək ona baha başa gəldi.