Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk səhhətinin yaxşılaşmağa doğru getdiyini açıqlayıb.
Medicina.az, bu barədə Fulya instaqramda məlumat yayıb. Koronavirusa yoluxduqdan sonra halı pisləşən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən aparıcı oradan foto paylaşıb.
"Çox halsızam, amma bu gün daha yaxşıyam, minlərlə mesaj, yüzlərlə zəng gəldi. Allah hamınızdan razı olsun, həqiqətən çox duyğulandım, çox ağladım. Dua edən dillərinizə qurban olaram", - aparıcı qeyd edib.
F.Öztürk bildirib ki, nəfəsini toplayıb "Fox TV"yə canlı müsahibə verəcək.
Xatırladaq ki, "Fulya ile umudun olsun" proqramının ötən həftəki buraxılışında o, efirə çıxa bilməyib. Verilişi Esra Ezmeci aparıb.