Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.
Medicina.az xəbər verir ki, bu barədə Modern.az-a danışan aktyor əvvəlki halına nisbətən özünü yaxşı hiss etdiyini deyib:
"Müalicəm gedir, dərmanlarımı qəbul edirəm. Əvvəlki günlərimə baxanda nisbətən yaxşıyam”.
F.Poladov səhhətiylə bağlı həkimlərin bəzi qadağaları olduğunu deyib:
"Səsimə görə çox danışmağa icazə vermirlər. Mən da bacardığım qədər bu məsləhətlərə riayət edirəm”.
Aktyor dostlarının, həmakrlarını tez-tez onunla maraqlandıqlarını vurğulayıb.
Qeyd edək ki, qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.