Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Fuad Poladov “xərçəng” olduğunu bilmir...” - Baş həkimdən açıqlama

  • 2017.09.19 12:04
  • 19366 Baxış
“Fuad Poladov “xərçəng” olduğunu bilmir...” -  Baş həkimdən açıqlama


Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimov Azərbaycanın xalq artisti Fuad Poladovda xərçəng tapılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 


A.Kərimov Medicina.az-a açıqlamasında onun xəstəxanaya müraciət etdiyini təsdiqləyib: "Həqiqətən də Fuad Poladov bizim mərkəzdə olub. Amma mən əlavə məlumat verə bilmərəm. Bu, xəstənin sirridir. Bəlkə heç Fuad müəllim özü xərçəng olduğunu bilmir? Biz elə xəstələri aldadırıq, inandırırıq ki, sizdə ciddi bir xəstəlik yoxdur. Çünki çox vaxt xəstələrdə bu, ağır psixoloji sarsıntı yaradır. Bu, da xəstəliyin inkişafını sürətləndirir. Yaxşı olar ki, bu xəbərin düz olub-olmadığını bizim görkəmli aktyorumuzun özündən soruşasınız. Mən sirrini aça bilmərəm. Mərkəzimizə gələnlərin çoxu xərçəng olduğunu bilmir. Biz onları inandırırıq ki, müalicələr profilaktik məqsədlərlə aparılır”.


Qeyd edək ki, Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkarlanması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, o qırtlaq xərçəngindən əziyyət çəkir. Fuad Poladovun artıq bir müddətdir ki, danışa bilmədiyi və Milli Onkologiya Mərkəzində müalicə olunduğu qeyd olunur.

 

Nigar