Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

– Uşaqları və yeniyetmələri necə qorumalı?Frotterizm: ictimai nəqliyyatda seksual pozğunluq

  • 2018.11.01 22:12
  • 21387 Baxış
 – Uşaqları və yeniyetmələri necə qorumalı? Frotterizm: ictimai nəqliyyatda seksual pozğunluq
Frotterizm və ya frottaj fransız sözündən götürülüb, sürtmək, sürtünmə deməkdir. 


Medicina.az xəbər verir ki, bu seksual pozğunluq hərəkəti olub, cinsi istək oyanması və bunu təmin etmək üçün yad bir insanın öz bədənini digər yad obyektin bədəninə sürtməsidir. 


Bütün dünyada yayılmış bu hərəkətlər daha çox qız uşaqlarına, yeniyetmə və gənclərə qarşı edilir. 


Frotteristlər xəstədir və necə təyin etməli?


Beynəlxalq xəstəliklər klassifikasiyasına görə, frotterizm seksual tələbatın pozulması formasıdır. Nekrofiliya, zoofiliya, autoerotik hərəkətlər və anatomik defektləri olan insanlara seksual maraq kimi pozuntularla bir sırada gedir. 


Frotteristlər metro, avtobus, sıxlıq olan yerlərdə seksual obyektinə yanaşaraq, hiss etdirmədən onun bədəninə toxunur, yəni cinsi orqanı həmin insana sürtür. Yəqin ki, çox qadınlar bu halla rastlaşıb, bəziləri hətta obyekt də olublar. 


Bu adamlar infantil – yetişməmiş hesab olunur, spesifik cinsi həzz metodu seçir. Bu seçkinlik yeniyetmə dövründə formalaşır, hətta kökü uşaqlıqdan qoyulur. Refleks olaraq mexanizm beyində möhkəmlənir və tez həzz almaq üçün istifadə olunur. 


İnfantil olmaq o demək deyil ki, bu adamlar psixi xəstə kimi görünürlər. Frotteristlər həyatda kifayət qədər ciddi işlərdə çalışan və uğurları olan, normal görünüşlü adamlar da olur. Onlarda sadəcə cinsi münasibətlərdə fiasko yaşanır. 


Müalicə olunmadıqda obssessiv-kompulsiv mərhələyə qədəm qoyub, ağırlaşır, dərinləşir. Əvvəllər bu əməllə mübarizə, utanmaqlıq hissi olursa, zamanla artıq impuls düşüncədən irəli keçir və o utanmadan qatarda özünü imgələdiyi obyektə sıxır.


Frotteristlər evlənmir və uşaqları olmur? Əksinə, adi insanlar kimi ailəsi də ola bilir, övladları da. Amma çox zaman arvadı ilə, qadınla intim əlaqədə mütləq basırıq yerdə tətbiq etdiyi o fəndi də işlədir və ya beynində həmin anı canlandırır. Yalnız bu halda onlar intim əlaqədən həzz alıb, özlərini təmin etmiş sayılır.  Daha ağır mərhələlərdə frotterist üçün adi, klassik intim əlaqə ağırlaşır, qəbul etmir, istəmir, heç bir zövq vermir. 

 



Onlar təhlükəlidirmi?


Frotteristlər ətraf mühitə qarşı açıq aqressivlik göstərmir, heç vaxt kimisə vurmur, zədələmir, yəni sakit, başıağaşı, dinməz məxluqlardır. Sanki yekə kişi cildində yeniyetmədir. Cəsarətsiz, qorxaq olurlar. Obyekt kimi çox vaxt yetkinlik yaşına çatmış daha çox utancaq, sakit, bir az zərif qızları seçirlər. Əgər qadın, qız ona ciddi müqavimət göstərib, itələsə, vursa, dönüb baxsa, onlar utanıb, kənara çəkilir, nəinki özünü müdafiə üçün yumruq atmaq.


Kütlə içində necə ayırd etməli?


Birbaşa xarici, diqqət çəkici əlamətləri yoxdur. Bu orta yaşlı, portfelli, əlində bazar torbası olan kişi, ya da normal ofis işçisi görünüşündə kişi ola bilər. Üzündən ehtiras əlamətləri belə hiss olunmur. Çox zaman qarşısındakı insan geri çevriləndə, üzünü elə emosiyasız tutur ki, sənə toxunanın kim olduğunu ayırd belə edə bilmirsən.


Lakin diqqətlə müşahidə edilsə, proses zamanı onların üzlərində aktdan alınan həzzə tabe olan trans halı, manyak kimi halları olur. Diqqətlə kənardan izləyəndə az da olsa utanmaq, hətta qızarmaq, dağınıq fikirlilik hiss olunur. Amma onlar o qədər prosesə fokuslanır ki, sanki qatarda yox, yataqdadırlar. 


Necə müdafiə olunmalı?


Ən yaxşı metod yanınızda iynə və ya sancaq olmasıdır. Qeyri-etik hərəkəti hiss edən kimi onu hiss etdirmədən ona batırmaq lazımdır. O, dərhal çəkiləcək. Eləcə də obyektin susması, çevrilib baxmaması, etiraz etməməsi razılıq əlaməti hesab olunur və o, davam edəcək. Əksinə nəsə qeyri-adi davranış hiss edən kimi dərhal bunu hərəkətlərinizlə bildirməli, üzünüzü ona tərəf çevirməli, yerinizi dəyişməlisiz.


Dəhşətlisi odur ki, frotteristlər hələ intim münasibət nə olduğunu bilməyən 10-12 yaşlı qızları seçir, qızlar isə onun manyak olduğunu düşünərək səsini çıxarmır, qorxur, utanır, ümumiyyətlə, nəyə məruz qaldığını anlamır, anlayana kimi də gec olur. 


Avtobusda, metroda, sıxlıqda uca səslə etiraz etməklə diqqət çəkmək istəməyən qorxaq qız uşaqlarının psixologiyasına yaxşı bələd olan frotterist daha yetkin qadınlardan qorxur. 

Maraqlıdır ki, nə evdə, nə məktəbdə, nə yaxınlar yetkin qızlarına bu barədə əvvəldən informasiya da vermir. Atası yaşında kişidən belə bir hərəkəti gözləməyən qızlar yalnız böyüdükdə nəyə məruz qaldığını anlayır, bilir və o vaxt etiraz etmədiyinə peşman olur.


Mütləq açıq etiraz et


İstənilən qadın, qız belə bir halla rastlaşarsa dərhal sərt reaksiya verməli, möhkəm qışqırmaqla sadəcə ətrafdan kömək istəməlidir. Bundan utanmaq, qorxmaq olmaz. Heç kimi yad kişinin sənin bədəninə toxunmasına görə səni qınamayacaq. Çünki avtobusda, metroda olan yaşlı insanlar belə bir manyaklıqdan çoxdan agahdırlar. " Əllərini çək, çəkil o tərəfə, mən özümü pis hiss edirəm, oturmaq istəyirəm, kömək edin, manyak var” deyib digər insanların diqqətini və köməyini tələb edin. 


Əgər uşaqlar, qızlar nə qədər tez bu barədə informasiya alıb hazırlıqlı olsalar bir o qədər cəsur, müdafiəli, güvənli olub, psixologiyasını qoruya bilər. Çünki psixoloqlar ilk dəfə belə bir hərəkətə məruz qalan qızların evdə ağladığını, qorxduğunu, bir müddət avtobusa, metroya qorxaraq mindiyini, narahat olduğunu, gözləri ilə hey kimisə axtarması hallarının çox olduğunu bildirir. 


Əgər qızınız avtobusda başına gələn belə bir hadisəni danışırsa, onu günahlandırmaq, danlamaq olmaz. Əksinə maraqla, sonra deyə-deyə axıra kimi dinləyib, artıq bu barədə geniş informasiya verib, təlim keçmək lazımdır. Övladlarınızın seksual manyakların məsum qurbanı olmasını istəmirsizsə, mentalitet, utanmaq, həya, çəkinmək kimi kompleksləri kənara qoyub, uşaqlarınıza vəziyyət çıxmaq cəsurluğu aşılamalısız.

 

 

 – Uşaqları və yeniyetmələri necə qorumalı? Frotterizm: ictimai nəqliyyatda seksual pozğunluq
 – Uşaqları və yeniyetmələri necə qorumalı? Frotterizm: ictimai nəqliyyatda seksual pozğunluq
 – Uşaqları və yeniyetmələri necə qorumalı? Frotterizm: ictimai nəqliyyatda seksual pozğunluq